The establishment of agroparks in Azerbaijan began in 2014. In accordance with the Presidential Decree "On measures to improve governance and accelerate institutional reforms in the agricultural sector", the first agro-park was opened in Shamkir in November 2014. Agro-parks are agro-industrial farms where agricultural production and primary processing enterprises are located together. They facilitate the application of innovations and modern technology in agriculture.
Currently, the Agency for Development of Economic Zones (ADEZ) under the Ministry of Economy manages 51 agroparks operating in the country. 35 of them specialized in plant breeding, 14 in plant and livestock breeding, 1 in livestock activity, and others in sorting-packing, processing and logistics.
In total 40 of these agroparks sow grain with the achievement of high yields. During 2022, wheat was harvested on 41,000 hectares of agroparks, with the production of more than 152,000 tons of crops.
Azərbaycanda aqroparkların yaradılmasına 2014-cü ildə başlanılıb. Prezidentin "Aqrar sektorda idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi tədbirləri haqqında" fərmanına əsasən, 2014-cü ilin noyabr ayında Şəmkirdə ilk aqropark açıldı. Aqroparklar kənd təsərrüfatı məhsulları istehsalı və ilkin emal müəssisələrinin birgə yerləşdiyi aqrosənaye fermalarıdır. Kənd təsərrüfatında yenilik və müasir texnologiyaların tətbiqini təşviq edirlər.
Hazırda İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ölkədə fəaliyyət göstərən 51 aqroparkın idarəçiliyini həyata keçirir. Bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, digəri isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.
Bu aqroparkların 40-da taxıl əkilir və yüksək məhsuldarlıq əldə edilir. Belə ki, 2022-ci il ərzində aqroparkların 41 min hektar sahəsində buğda biçini aparılıb və 152 min tondan çox məhsul istehsal edilib.